news-details

Moldovada koronavirusa qarşı mübarizəyə ordu cəlb ediləcək

Moldova koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 25-dən fövqəladə tədbirləri daha da sərtləşdirəcək.

Frame.az yerli mətbuata istinadla xəbər verir ki, Moldovanın Baş Naziri İon Kiku martın 25-dən etibarən parklara, meydanlara və ictimai yerlərə girişin qadağan ediləcəyini bildirib.

Vətəndaşlara nəzarəti polislərlə yanaşı, ordu da həyata keçirəcək. Yaşlı insanların evdən çıxması qadağa ediləcək, onların pensiya və sosial təminatları evə gətiriləcək.

Qeyd edək ki, martın 24-də Moldovada 15 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 109 nəfərə çatıb. Bu virus səbəbindən bir nəfər həyatını itirib.

Hibya Xəbər Agentliyi